Nyu-Yorkda olan göydələnlərin tikilməsində Moqavk qəbiləsinin hinduları iştirak edib. Buna səbəb onların hündürlükdən qorxmamalarıdır.
Payız aylarında Kanadanın Manitoba əyalətində yerləşən Çerçill şəhərinin ətrafına ağ ayılar toplaşmağa başlayır. Şəhər sakinləri piyada gəzməkdən qorxur, nəqliyyat vasitələri ilə hərəkət etməyi üstün tuturlar. İnsanlar bu ayılardan qorunmaq üçün öz avtomobil və evlərinin qapılarını açıq saxlayırlar. Ayıdan qaçan şəhər sakin qapısı açıq olan istənilən avtomobil və ya evə icazəsiz daxil ola bilər. Yetər ki, canını qurtara bilsin...
Çerçilldə yerləşən turist şirkətinin sürücüsü Nil Mambi ağ ayılardan niyə qorxduqlarını belə izah edib: "- Mən demirəm ki, ayı məni 100 faiz öldürəcək. Ola bilər o mənimlə oynamaq istəsin. Ancaq belə olduğu halda da mənim ürəyim qorxudan dayanacaq..."
Alyaska ştatında Talkeetna adlı bir şəhər var. 900 nəfər əhalisi olan şəhərin fəxri meri gördüyünüz Stubbs adlı pişikdir. Pişik 15 ildən çoxdur ki, bu vəzifəyə seçilir. Gündəlik qayğısı və gəzintisi şəhər şurasının hesabına ödənilir...
Amazon meşələrində "Sandbox Tree" adlı ağaclar bitir. Bu ağaclarda meyvə əvəzinə, balaca "bombalar" yetişir. Onlar tam yetişdiyi zaman partlayırlar, ve onların toxumları saniyədə 70 metr sürətlə ətrafa səpələnir. Yaxınlıqda insan olarsa, toxumlar insana xəsarət yetirə bilər.
Qoaçin quşu nə qədər gözəl görünsə də, bir o qədər də ondan pis qoxu iyi gəlir..
Braziliyada olan hebsxanaların birinde məhkumlar velosiped pedalı çevirərək yaxın kəndləri elektrik enerjisi ilə təmin edir və bunun qarşılığında onların cəza müddətləri 1 gün azaldılır...
Diş ərpinin elmi adı kariyesdir. Kariyes – dişin dağılması deməkdir. Bu, dişin tərkibində olan mineral maddələrin əriməsiylə başlayır. Nəticədə dişin bərk hissələri dağılır və boşluq yaranır. Şəkildə gördüyünüz kariyesin çox yaxından olan görüntüsüdür.