Annaliza Mihel 1952-ci il 21 sentyabrında Almaniyada doğulub. O, mühafizəkar katolik ailədə dünyaya gəlib. Uşaqlığında çəkilmiş şəkillərdən bəlli olur ki, o, çox şən və fəal gənc olub. Lakin 23 yaşında hər şey dəyişir. Zəif, döyülmüş, qorxmuş təsiri bağışlayan qız dəli kimi olur. Bəs buna səbəb nə idi? Hesab olunur ki, cinlər gənc qızın bədəninə girib və Annaliza şeytana təslim olana qədər nə az, nə çox düz 8 il mübarizə aparıb.
Annalizada ilk simptomlar 1968-ci ildən sonra başlandı. O zaman qız 16 yaşlı məktəbli idi. Tez-tez baş verən qıcolmalara görə, həkim ona epilepsiya diaqnozu qoyur. Annaliza məktəbi bitirdikdən sonra müəllim olmaq üçün kollecə gedir. Görünür, tibb sahəsi qıza kömək olmur və onun vəziyyəti getdikcə daha da pisləşir.
Annaliza dua edərkən gözlərinə qəribə görüntülər görünür. Şeytanın səsini eşidib buyuruqlarına əməl etməyə başlayır. Daha sonra dini ikonalara nifrətini göstərməyə başlayır. Qızın bu vəziyyətini görən ailə dostu Annalizanı keşişə göstərməyi məsləhət bilir. Keşişlər eksorsizimə (cinin çıxarılması prosesi) əl atmaq istəyirlər.
1975-ci ildə valideynləri həkimlərdən əl üzüb qızı Roma kilsəsinə verirlər. Annaliza, valideynləri və keşişlər onun tezliklə sağalacağına ümid edirdilər. Annaliza Mihelin özü etiraf edirdi ki, Neron, Hitler, Lusifer, Habil və digər 6 cin onu idarə edir. 10 ay ərzində atası və keşiş tərəfindən 67 dəfə cin çıxartma ayini keçirildi. Qeyd olunmalıdır ki, cin çıxarılarkən qız bütün ayinlərə barmaqarası baxırdı. Bu ayinlər zamanı qız o qədər zəifləyirdi ki, halsız olub yerə yıxılırdı. Ölənə qədər yeməkdən tamamilə imtina etməsini təsvir etmək elə də çətin deyil. O, yemək yeməməklə cinin idarəsini zəiflədə biləcəyinə inanırdı. İddia olunur ki, cin çıxartma zamanı o, bir neçə dildə (güman ki, onun içinə girən şeytan və cinlərin sayəsində) danışırdı.
Tibb aləmi Annalizanı xilas edə bilmədi və gənc qızın vəziyyəti bu ayinlərdən sonra daha da pisləşdi. O, yerə ifraz edərək sonradan onu yalayaraq yeyirdi. O, həşəratları yeyir, dini ikonaları sındırır, bir dəfə düz iki gün mətbəx stolunun altında it kimi ulayır.
Annaliza Mihelin 1976-cı il 1 iyul tarixində aclıq və susuzluqdan ölür. 23 yaşlı qız ölərkən çəkisi 31 kilo idi. Atası və ayini həyata keçirən iki keşiş onu öldürməkdə günahkar bilinir. Məhkəmə istintaqı zamanı ayin həyata keçirilərkən istifadə olunmuş audio və şəkillər təqdim olunur.
Mişelinin başına gələnlər hələ də naməlum olaraq qalır. Güman olunur ki, qız şizofreniya və şəxsiyyətin ikiləşməsi sindromlarından əziyyət çəkib.
Qız anasına deyib: “Ana, getmə, mən qorxuram”. Bu onun sonuncu sözləri olub. Öldükdən sonra onun cəsədini meyitxanaya yaxın da buraxmayıblar...

Комментариев нет:
Отправить комментарий