1938-ci ilin 30 oktyabr tarixində ABŞ-nın Nyu-Cersi ştatında Qerbert Uelsin “Dünyalar müharibəsi” pyesinin tamaşası radio vasitəsi ilə canlı yayımlanmağa başladı. Tamaşaya qulaq asan 6 milyon dinləyicidən 1 milyonu hadisələrin həqiqətən baş verdiyini düşündü. Ştatda bir anlıq qaynaşma başladı, on minlərlə insan öz evini tərk etdi. Yollarda tıxaclar əmələ gəldi. Tamaşada prezident Ruzveltin rolunu oynayan aktyor insanları sakit olmağa çağırdıqda isə bu həyacan daha da artdı... Telefon xəttləri yükləndi. Minlərlə insan yadplenetlilərin gəmilərini gördüklərini bildirdi...İnsanları sakitləşdirməkdən ötrü ABŞ hökuməti 6 həftə çalışmalı oldu...
Комментариев нет:
Отправить комментарий