24.10.2014

Arvadını boşadı, özünə eşşək aldı

Efiopiyanın Benişanqul-Qumuz vilayətində yaşayan Komo Pauesi adlı kəndli öz arvadını boşayaraq, özünə eşşək alıb. 77 yaşlı Komo kişi illərdən bəri qonşu Pauea Metela kəndindəki bir eşşəyi satın almaq istəyirdi. Eşşəyin baha olması səbəbindən Komonun həyat yoldaşı "Ya o eşşək, ya da mən!" deyirdi. Komo kişi də eləmə tənbəllik - arvadı boşadı. Ertəsi gün isə o, küllü miqdarda pul verərək eşşəyi aldı...
"Eşşək bahadır və onun qiymətinə bir neçə inək ala bilərdim. Amma o eşşək cins heyvandır. Üstəlik, çox gözəl və ağıllıdır.", - Komo Pauesi deyib.

Комментариев нет:

Отправить комментарий